Ermənistanda son bir gündə koronavirusa 560 yoluxma halı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi bildirib.


Qeyd edilir ki, bununla da COVID-19-a yoluxanların ümumi sayı 20 260 nəfəri ötüb. Son sutkada təhlükəli infeksiyadan daha 18 nəfər ölüb.

"Ermənistanda koronavirusa 20 268 yoluxma təsdiq edilib. Virusa yoluxmuş 9 002 pasiyent sağalıb. 350 insan ölüb", - mərkəzdə bildirilib.

Qeyd edilir ki, hazırda 10 802 pasiyentin müalicəsi davam etdirilir, koronavirusla bağlı 95 754 test aparılıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

.