Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə ilə bağlı mövqeyini bildirəcək.
Yenizaman Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib.
Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Bundan əvvəl sənəd Ermənistan hökumətinin iclası zamanı təsdiq edilib. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə müzakirə ediləcək.
.