Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı imzatoplama prosesi sentyabrın 16-da başlayacaq.
Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, buna ölkənin Mərkəzi Seçki Komissiyası icazə verib.
Qeyd olunub ki, noyabrın 14-dək davam edəcək prosesə ölkənin keçmiş ədliyyə naziri, müxalifətdəki “Respublika” partiyasının həmtəsisçisi Artak Zeynalyan rəhbərlik edəcək.
.