Ermənistan prezidenti Serj Sarkisyan ölkəyə yeni müdafiə nazirinin təyin olunması barədə sərəncam imzalayıb. 

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müvafiq sərəncama əsasən, Vigen Sarkisyan Ermənistan müdafiə naziri təyin olunub. 

Qeyd edək ki, bundan öncə Vigen Sarkisyan prezident aparatının rəhbəri vəzifəsində çalışıb. 

Ermənistan prezidenti Serj Sarkisyan Silahlı Qüvvələrinə sərəncamla yeni Baş Qərargah rəisi də təyin edib. 

AzNews.az erməni KİV-lərinə istinadən həmçinin xəbər verir ki, sərəncama əsasən, Movses Akopyan Baş qərargah rəisi təyin olunub.


Qeyd edək ki, o, bundan öncə Ermənistanın müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

.