Ermənistan ərazisinə keçən azərbaycanlı qadın bu gün Azərbaycan tərəfinə qaytarılıb. Gədəbəy rayonu, Arabacı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızı bu il iyunun 7-də yolunu azaraq Ermənistan tərəfə keçmişdi.
Qətibə Ələkbərova bu gün saat 13.00 radələrində Ermənistan-Azərbaycan sərhəddində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə təhvil verilib.
.
