Ermənistan xarici işlər naziri Ararat Mirzoyana sui-qəsd cəhdinə görə həbs edilən var.

Bu barədə Ermənistan Təhlükəsizlik Xidməti məlumat yayıb.

T.A. adlı vətəndaş 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaya etiraz olaraq o zaman parlamentin spikeri postunu tutan Ararat Mirzoyana hücumda iştirak edib.

Saxlanılan T.A. barəsində 2 ay müddətində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, Mirzoyana hücumla bağlı başqa bir bir nəfər yanvar ayında həbs edilib.

.