Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb.

Bu barədə  Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.

...

Ermənistan Xarici İşlər Nazirliyi ATƏT üzvlərinə ATƏT-in Minsk prosesi və onunla bağlı strukturların buraxılması barədə birgə müraciət göndərib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təşkilata üzv ölkələrə müvafiq qərar layihəsi də göndərilib.

.