Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış yerlərini və mülki obyektlərini raket atəşinə tutmaqda davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarında Ağdamın Əhmədağalı kəndində fərdi yaşayış evlərini raket atəşinə tutub. Nəticədə bir neçə ev dağılıb, şəxsi təsərrüfatlar ciddi ziyan dəyib.

.