Ermənistan Azərbaycanla sərhəddəki gərginliyin nizamlanması üçün kömək istəyib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və KTMT xətti ilə vəziyyətin həllinə köməklik göstərilməsi xahişi ilə müraciət daxil olub: "Biz Bakı və İrəvanla sıx təmasdayıq. Ümid edirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində sentyabrın 13-də Moskva vaxtı ilə saat 09.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək”.

.