Ermənistan Prezidenti Vaaqn Xaçaturyan noyabrın 1-3-də Misirdə işgüzar səfərdə olacaq.

Yenizaman-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, o, Böyük Misir Muzeyinin (Giza Muzeyi) açılışında iştirak edəcək.

"Səfər çərçivəsində prezidentin beynəlxalq tərəfdaşlarla görüşləri planlaşdırılır", - mətbuatda qeyd olunur.

.