Ermənistan parlamentinin 44 günlük müharibənin səbəblərini araşdıran komissiyasının rəyi hazırdır.

Yenizaman-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu sözü gedən komissiyanın sədri, deputat Andranik Koçaryan deyib.

O bildirib ki, sözügedən sənəd parlamentin oktyabrda keçiriləcək qapalı iclasında müzakirəyə çıxarılacaq.

A.Koçaryan sənədin ictimaiyyətə açıqlanması məsələsinə də toxunub.

O bildirib ki, ölkə əhalisi rəyin yalnız məxfi sayılmayan hissəsi ilə tanış ola biləcək.

.