Ermənistan ordusunun 45 yaşlı müqavilə əsasında xidmət edən hərbçi Ovanes Melkonyanın ölümündə təqsirli bilinən bölük komandirinin müavini həbs edilib.

"Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu məlumatı ölkənin İstintaq Komitəsi yayıb.

Bildirilib ki, adı açıqlanmayan komandir müavini iyunun 22-də müqavilə əsasında xidmət edən başqa bir hərbçini avtomat silahı ilə döyüş postunda Melkonyana atəş açaraq yaralayıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.
.