Ermənistan ordusu daha bir hərbçisini itirib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün günorta saatlarında T-170 buldozerinin dərəyə yuvarlanması zaman onun içində olan 3 hərbi qulluqçu xəsarət alıb.

 

Yaralılardan Qaregin Minasyan xəstəxanaya aparılarkən yolda keçinib. Digər 2 hərbçinin vəziyyətinin də ağır olduğu bildirilir.

 

Faktla bağlı cinayət işi açılıb.

 

.