“Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası istiqamətində işlər davam etdilir. Dünən Prezident İlham Əliyevlə Rusiya Prezidenti arasında telefon danışığı olub”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Kəlbəcərdəki insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib: “Azərbaycan tərəfi humanizmdən çıxış edib, ermənilərin 25 noyabra qədər Kəlbəcərdən çıxarılması ilə bağlı qərar qəbul edilib”.

.