Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağda daha bir hərbçisini itirib.

 

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, 20 yaşlı əsgər Albert Postolokyan dekabrın 7-dən 8-nə keçən gecə hələ ki müəyyənləşdirilməmiş vəziyyətdə ölüb.

 

Hadisə gecə saat 02:45-də Qarabağın şimal-şərqində dislokasiya olunan hərbi hissədə qeydə alınıb.

 

Postolokyanın ölümünə səbəb qeyri-müəyyən şəraitdə güllə yarası alması olub.

 

 

Onun özünü güllələdiyi də istisna olunmur.

.