Ermənistan parlamenti "DQR”in tanınması barədə deputatlar Zarui Postancyan və Qrant Baqratyan tərəfindən təklif edilmiş qanun layihəsini müzakirə edəcək.

Virtualaz.org "Ermənistan xəbərləri”nə istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin mayın 5-də keçiriləcək iclasının gündəliyinə salınıb.

Sənəd Ermənistan hökumətində müzakirə olunub. Həmin iclasda Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan məruzə ilə çıxış edib.
.