![](/uploads/img/posts/2024/02/21/65d5bdd504ec065d5bdd504ec1170850658165d5bdd504ebe65d5bdd504ebfjpg-1708507470.jpg)
Moskvada saxlanılan Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.
Yenizaman News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.
“Həmin şəxs qətl ittihamı ilə dövlətlərarası axtarışa verilib”, - deyə o bildirib.
Ermənistan DİN Kamil Zeynallının hansı qətldə ittiham olunduğunu açıqlamayıb.
Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə bu gecə Moskvada saxlanılıb.
.