Son on gün ərzində Yerevanda kütləvi etiraz aksiyaları səbəbindən yol qəzalarının sayı nəzərə çarpacaq dərəcədə artıb.
Yenizaman.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
"2018-ci ilin ilk üç ayında Yerevanda baş vermiş 133 yol qəzasında 17 nəfər ölüb. Yalnız son 10 gündə 5 nəfərin ölümü ilə nəticələnən 62 yol qəzası qeydə alınıb", - məlumatda deyilir.
.
