Ermənistan Baş nazirinin mətbuat katibi Nikol Paşinyanın bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirakı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Mətbuat katibi Nazeli Baqdasaryan Nikol Paşinyanın COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə dair xəbərləri təkzib edib.

“Baş nazir Paşinyanın iş proqramında belə bir səfər planlaşdırılmır”, - mətbuat katibi qeyd edib.

.