"Qarabağ hərəkatı" mövzusu artıq bağlanmalıdır.

Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, bu mövzu əbədi olaraq bağlanmalıdır, çünki Ermənistan və Azərbaycan Alma-Ata bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyi və siyasi müstəqilliyi tanımağa razılaşıblar, bu mövzu onun üçün artıq bağlanıb.

“Birbaşa vətəndaşlara dedim ki, "Qarabağ hərəkatı" mövzusu bağlanmalıdır. Mən Ermənistanın Baş naziri olaraq bu xətti izləyəcəyəm. Əgər vətəndaşlar bu siyasətlə razı deyilsə, onları inqilab etməyə dəvət edirəm. Heç bir Baş nazir vətəndaşları inqilaba çağırmamışdı, inqilab baş vermədi və biz bu siyasəti davam etdirəcəyik”, - Paşinyan qeyd edib.

.