![](/uploads/img/posts/2024/08/07/66b31bfdef95166b31bfdef952172301414166b31bfdef94566b31bfdef946jpg-1723014677.jpg)
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə yerləşən Kirants və Berkaber yaşayış məntəqələrinin sakinlərinə xəbərdarlıq edib.
Yenizaman-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, nazirlikdən yerli vaxtla saat 12:00-dan 14:00-a qədər həmin kəndlərə yaxın ərazilərdə hərbi silah-sursatın zərərsizləşdirilməsi tədbirlərinin həyata keçiriləcəyi bildirilib.
Qurum ərazidə 10 dəfə partlayış səsinin eşidiləcəyi səbəbindən əhalini narahat olmamağa və təşvişə düşməməyə çağırıb.
.