Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır.

Yenizaman Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycandan Naxçıvan və ya Türkiyəyə qaz ixracı üzrə tranzit boru kəməri ölkəmizin ərazisindən keçərsə, biz Azərbaycanın nəql etdiyi təbii qazı almağa hazırıq”, - Paşinyan qeyd edib.

.