![](/uploads/img/posts/2024/02/10/2f3003f8-1223-3c3a-8f77-6d98fe898ddc_850jpg-1707544492.jpg)
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyalarının yaxın vaxtlarda növbəti görüşü təşkil ediləcək.
Bu barədə Ermənistan hökumətinin baş nazirinin müavini Mger Qriqoryan “News.am”a açıqlamasında deyib.
O bildirib ki, komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub: “Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik”.
.