Ermənistan Müdafiə Nazirliyi ABŞ tərəfindən təşkil edilən 2 hərbi təlimdə iştirak edəcək.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan "Twitter" hesabında bildirib.
"Müdafiə Nazirliyi bu il ABŞ Ordusunun Avropa Komandanlığı tərəfindən təşkil edilən iki təlimdə - KFOR və Saber Junction, iştirak etməyi planlaşdırır", Torosyan paylaşımında qeyd edib.
.
