Erməni jurnalistləri cəbhənin Goranboy rayonu istiqamətində yerləşən Gülüstan kəndinə yaxın ərazilərdən videoreportaj hazırlayıblar. Modern.az saytı xəbər verir ki, Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun nəzarəti altına keçən kənd təmas xəttində yerləşir. Bu səbəbdən də kənddə heç kəs yaşamır. Gülüstan kəndi Goranboy rayonunu inzibati vahidi sayılır. Kənd 1992-ci ilin yayında Azərbaycan ordusunun əks-hücumu zamanı ermənilərdən azad olunmuşdu. Gülüstan hazırda təmas xəttində neytral zona kimi bilinir.
|
.
