Sentyabrın 27-dən oktyabrın 4-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus yüzlərlə evə və inzibati binaya ziyan dəydiyi məlum olub. 

Oktyabrın 4-də düşmənin atdığı top mərmiləri nəticəsində 3 ev tamamilə dağılıb, 35 evə isə ziyan dəyib.

Çoxmərtəbəli yaşayış binasında 3 mənzilə, 2 istehsal obyektinə və 1 sosial evə zərər dəyib, 2 nəfər yaralanıb. 

Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 250 evə ziyan dəyib, 59 ev isə tamamilə dağıdılıb. 

Bundan başqa, ümumilikdə Tərtərdə 8 mülki şəxs həlak olub, 33 nəfər isə yaralanıb.  

Qeyd edək ki, oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir. 
 

.