İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqası (LAS) ölkələrinin sammitinin yekunları üzrə yaradılmış və xarici işlər nazirlərindən ibarət komitə, bazar ertəsi, noyabrın 20-də səfərə başlayacaq və bu müddət ərzində bəzi dünya paytaxtlarını ziyarət edəcək. Bunlardan birincisi Pekin olacaq.

Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Farhan Al Saud bildirib.

“Ərəb Liqası və İƏT sammitinin yekunları üzrə yaradılan xarici işlər nazirləri səviyyəsində komitənin işi bazar ertəsi başlayacaq. Səfər edəcəyimiz ilk ölkə Çin olacaq, bundan sonra biz dünya paytaxtlarını da ziyarət edəcəyik və bu müharibəni (Qəzza zolağında) sona çatdırmaq üçün birlikdə çalışacağıq”, - Krallığın Xarici İşlər Nazirliyi özünün sosial media səhifəsində X (əvvəllər Twitter) onun sözlərini sitat gətirib.

.