İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Bu ölkənin təmsilçilərindən biri 38 yaşlı yarımmüdafiəçiyə iki illik müqavilə təklif edib.
Xorvatiyalı oyunçu bunu qəbul etsə, 50 milyon avro məvacib alacaq.
Modriç "Real Madrid"də qalmaq istəyir, lakin paytaxt klubu hələlik sözləşmənin uzadılması ilə bağlı rəsmi təklif göndərməyib.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən Madrid təmsilçisinin formasını geyinir.
.