Müğənni Oğuzhan Koç ilə evlilik hazırlığında olan Türkiyənin məşhur aktrisası Demet Özdemir koronavirusa yoluxub.

Bu barədə aktrisa özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Üç il idi ki, heç vaxt koronavirusa yoluxmamışdım. Xəstəliyi ağır və ağrılı keçirirəm. Müalicələrim davam edir, yaxın günlərdə daha yaxşı olacam”, - deyə Özdemir paylaşımında bildirib.

Qeyd edək ki, cütlük 28 avqust tarixində evlənəcəklərini açıqlamışdı.

Sözügedən paylaşımı təqdim edirik:

 

.