Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğan ilə Səlcuq Bayraqdarın nikah mərasimidir.
Avropa.info xəbər verir ki, gəlin Huber Köşkündən çıxaraq Küçükçekmece Halkalı mərkəzində keçiriləcək nikah mərasiminə gedib. Gəlini aparan avtomobil kortejinin başında gedən qara rəngli BMW markalı maşını Səlcuk Bayraqdar özü sürüb. Süməyya Ərdoğan ön tərəfdə onun yanında oturub.
Prezident Ərdoğan da nikah bağlanılacaq mərkəzə helikopterlə gəlib. Artıq qonaqların da gəldiyi bildirilir. Mərkəz ətrafında təhlükəsizlik qüvvələrinin diqqəti gücləndirilib.












