Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının sabah ilk iclası keçiriləcək.

İclasa vitse-prezident Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Musa Avsever qatılacaq.

Məlumata əsasən, iclasda Şimali İraq və Suriyada həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla strateji, regional və milli təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, 3 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

.