Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, “Yerli və milli imkanlarla istehsal etdiyimiz ilk yüksək keyfiyyətli müşahidə peykimiz IMECE aprelin 11-də kosmosda orbitə buraxılacaq” deyib.
Ərdoğan bu barədə Twitter-də paylaşım edib.
Paylaşımda bunlar da qeyd edilib:
“Biz təlim keçmiş insan resurslarımız, təmin etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində qlobal kosmos yarışında mövcud olmağa davam edəcəyik”.
.
