ABŞ-ın Vaşinqton şəhərində keçirilən NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi xəbər yayıb.

Qeyd olunub ki, liderlər ölkələr arasında ikitərəfli münasibətləri, Türkiyənin Aİ-yə daxil olmasını, həmçinin regional və qlobal problemləri müzakirə ediblər.

Görüş zamanı prezident Ərdoğan bildirib ki, Türkiyə tərəfi Rusiya-Ukrayna müharibəsinə və İsrailin Qəzza zolağına hücumlarına son qoymaq üçün sülh səylərini davam etdirir.

Bu bölgələrdə sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyət tərəfindən səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Türkiyə lideri onu da qeyd edib ki, Ankara Macarıstanın sədrliyi dövründə Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin intensivləşdirilməsinə və Aİ ilə əlaqələrin inkişafına dəstək ümid edir.

.