Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün lazımi dəstəyi verməyə hazırdır.
"TRT Haber" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Roma Papası XIV Leonla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ankara son zamanlar müharibənin bitməsinə yönəlmiş fəaliyyətləri yaxından izləyir və prosesə töhfə verməyə hazırdır.
.
