NATO-nun ikinci böyük ordusuna sahib olaraq Türkiyə gələcəkdə də Avropanın təhlükəsizliyində rol almağa hazırdır.

Bunu Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Avropa İttifaqına üzvlük yenə də Türkiyə üçün prioritetdir: “Əgər Avropa İttifaqı yenidən qlobal sistemdə layiqli yer tutmaq istəyirsə, Türkiyə tezlikdə Avropa İttifaqında yer almağa hazırdır. Biz üzvlüklə bağlı addım atmağa hazırıq, Avropa İttifaqından da bunu gözləyirik”.

.