Türkiyə dünyanın fərqli regionlardakı toqquşmalara, zülmə son qoymaq üçün bütün imkanlarını səfərbər edir.

Yenizaman “Haber Gobal”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust - Zəfər Günü münasibətilə təbrik mesajında deyib.

O bildirib ki, Türkiyə bu gün dünənə nisbətən daha güclüdür: “Sabah daha da güclü olacağıq. Hər kəsin ədalətli təmsil olunduğu beynəlxalq sistemi mütləq təsis edəcəyik”.

Prezidentin sözlərinə görə, Türkiyə milləti özünün böyük zəfəri ilə göstərdi ki, əsarəti qəbul etmir: “Türkiyə xalqı iradəsinə zəncir vurdurmaz, öz yurdunda müstəqil olaraq yaşamaq idealından imtina etməz. Biz böyük zəfərlə bunu bir daha göstərdik. Böyük və güclü Türkiyə idealımızı addım-addım reallaşdırırıq”.

.