Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi gələcəkdə Beynəlxalq Valyuta Fondundan (BVF) kredit götürməyəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu dövlət başçısı Qızılcahamam şəhərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvləri qarşısında çıxışı zamanı deyib.

"Biz BVF kreditləri səhifəsini bağladıq ki, bir daha onu açmayaq”, - Ərdoğan söyləyib.

Xatırladaq ki, 2016-cı ildə Ərdoğan BVF kreditlərini "quldarlığın yeni növü” adlandırmışdı.
.