Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənəcəyini bildirib.

"Trend” xəbər verir ki, Ərdoğan bunu "Twitter" səhifəsində yazıb.

R.T.Ərdoğan İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra qeyd edib:

"Qardaşım cənab İlham Əliyevlə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etdik".

Qeyd edək ki, iyulun 9-da Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfər edib.
.