Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türk Şurasının fövqəladə Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir: "Buna görə dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü çatdırıram”.
Türkiyə Prezidenti: "Bakı-Tbilisi-Qars dəmir yolunu Orta Asiyaya qədər uzada bilərik”
"Baş verənlər Xəzər üzərindən nəqliyyat koridorunun mühüm əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyub”.
Bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün qurulan dəmir yolunun Orta Asiyaya qədər uzadılması mümkündür: "Bakı-Tbilisi-Qars dəmir yolu ilə gündəlik 3 min 500 ton yük daşınmasına çalışırıq”.
Bu nəqliyyat koridoru ilə yüklərin daşınması prosesinin sadələşdirilməsi, müəyyən güzəştlər edilməsinə ehtiyac olduğunu qeyd edən R. T. Ərdoğan Türk Şurası ticarət və nəqliyyat nazirlərinin də videokonfransının keçirilməsini təklif edib.
Ərdoğan Türk Şurası ölkələrinin milli böhran mərkəzləri arasında əməkdaşlığın qurulmasını təklif edib
"Türk Şurası ölkələrinin milli böhran mərkəzləri arasında əməkdaşlığın qurulmasını təklif edirəm”.
Bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan bildirib ki, bu əməkdaşlıq böhranların qarşısının alınmasında mühüm rol oynaya bilər : "Bu böhran qısa müddətdə bitəcək. Türk ellərinə Türkiyədən salam deyirəm”.
Türkiyə Prezidenti: "Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirusla mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək”
"Bu gün gözə görünməz düşmənə qarşı çətin savaş aparırıq”.
Bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan bildirib ki, pandemiyanın təsiri nəticəsində qlobal miqyasda sosial-iqtisadi böhranla üz-üzəyik.
O qeyd edib ki, Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək: "Allahın izni ilə Türk Dünyası olaraq bu sıxıntılı durumdan da güclənərək çıxacağımıza bütün qəlbimlə inanıram. Pandemiya ilə əlaqədar həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı, xəstələrimizə tezliklə şəfa diləyirəm”.
