Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanda münaqişə tərəfləri ilə danışıqlar aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhan və Sudan Suverenlik Şurasının sədr müavini, Sürətli Dəstək Qüvvələri Komandanı Məhəmməd Həmdan Daqalo ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Qeyd olunub ki, Prezident Ərdoğan danışıq zamanı tərəfləri münaqişəyə, qardaş qanının tökülməsinə son qoymağa çağırıb və dialoqa qayıtmağa dəvət edib.

.