Türkiyə Misirdə HƏMAS və İsrail nümayəndələri arasında aparılan danışıqların müsbət nəticələnəcəyinə ümid edir.

Türkiyə KİV-i xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan hakim partiya üzvlərinə müraciətində deyib.

"HƏMAS ABŞ Prezidenti Donald Trampın sülh planına müsbət reaksiya verərək sülhə sadiqliyini açıq şəkildə nümayiş etdirdi. Şarm əl-Şeyxdə danışıqlar həlledici əhəmiyyət kəsb edir. Yaxşı xəbərlər alacağımıza ümid edirik", - o bildirib.

Türkiyə lideri Yaxın Şərqdə sülhün təmin edilməsi üçün atəşkəsə nail olmağın zəruriliyini vurğulayıb: "Sülh təkqanadlı quş deyil. Sülhün bütün yükünü fələstinlilər və HƏMAS-ın üzərinə qoymaq ədalətsiz, yanlış və qeyri-realist yanaşmadır. Atəşkəs və ədalətli sülh ən ağıllı seçimdir".

O, həmçinin qeyd edib ki, bu gün ən böyük problem İsrail Müdafiə Ordusunun Qəzza zolağına zərbələridir.

.