Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə “taxıl dəhlizi”nin yenidən açılmasını müzakirə edəcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan sabah baş tutacaq telefon danışığı zamanı dəhliz məsələsini də gündəmə gətirəcəyini deyib.

“Zelenski ilə Ankarada görüş keçirdik. Sabah Putinlə danışacağıq. “Taxıl dəhlizi” ilə bağlı səylərimiz sülhə aparan yolu açmaq üçündür. "Taxıl dəhliz"i vasitəsilə taxılın Afrikaya çatmasını hədəfləmişdik. Sabahkı görüşlərdə dəhlizin yenidən bərpa olunmasını Putindən xahiş edəcəyəm. Putinlə ölümləri dayandıra bilmək üçün hansı addımları ata biləcəyimizi müzakirə edəcəyik. Aldığımız nəticələri həm Avropadakı tərəfdaşlarımızla, həm də ABŞ-la bölüşəcəyik”, - deyə Ərdoğan qeyd edib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacağını bildirib.

Türkiyə Prezidenti bu barədə G20 Liderlər Zirvəsindən sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpası üçün Türkiyə əlindən gələni edəcək: “Hazırda çoxqütblü dünya qarşıdurmalar içindədir. Yüz minlərlə insan həlak olub, Rusiya və Ukraynanın böyük itkiləri var. Biz isə mümkün qədər tez sülhə necə nail ola biləcəyimiz üçün çalışırıq”.
 

.