Türkiyə rəqəmsal faşizmlə qarşı-qarşıyadır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) baş qərargahında keçirilən İnsan Haqları Təhsil Proqramında çıxışı zamanı deyib.

O bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin sosial şəbəkə platformalarında fotolarının yayılmasının, onun haqqında yazılan yazıların dərc edilməsinin məhdudlaşdırılması düzgün deyil: “Bu, azadlıq deyil, demokratiya deyil”.

R.T.Ərdoğan qeyd edib ki, bu, ilk belə hal deyil.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb.

Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instaqram"ın qadağa qoyması göstərilir.

.