Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyanın toy mərasiminin keçirildiyi Yahya Kemal Beyatlı konsert mərkəzinə gəlib.
ATV.az xəbər verir ki, Ərdoğanı gətirən helikoptersalonun həyətinə enib. Helikopterdə prezidentin xanımı Əminə Ərdoğan, oğlu Bilal Ərdoğan və kürəkəni Berat Albayrak olub.
Xatırladaq ki, Sümeyyanın toy mərasimi üçün Türkiyədə əsas yollar bağlanıb, ciddi təhlükəsizlik tədbirləri görülüb.
