
"Başsağlığılar Türkiyənin terrorla mübarizəsinin uğurla başa çatması üçün kifayət deyil".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Şurasında keçirilən “Dövlət Tədris Qurumu"nun açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə əli qana batan terrorçulara qarşı mübarizə aparır: "Bəzi dövlətlər və beynəlxalq təşkilatlar Türkiyənin təhlükəsizliklə bağlı narahatçılqılarını nəzərə almırlar. Halbuki, məsələ öz təhlükəsizliklərindən gedəndə heç bir sərhəd tanımırlar. Bu, ikili standartdır”.
R.T.Ərdoğan qeyd edib ki, beynəlxalq ictimaiyyətin başsağlığıları Türkiyənin terrorla mübarizəsinin uğurla başa çatması üçün kifayət deyil.
Türkiyə lideri beynəlxalq ictimaiyyəti ədalətli olmağa çağırıb.
.