Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Qərb dövlətləri İŞİD və "Əl-Qaidə" terror qruplaşmalarını dəstəkləyirlər.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
"İŞİD, "Əl-Qaidə", PKK – bütün bu təşkilatların arxasında siz Qərbin kölgəsini görə bilərsiniz. Onların hamısı Qərbdə özünə sığınacaq tapır. FETÖ hardadır? O da Qərbdədir. Onlar çox ciddi maliyyə dəstəyi alırlar", — deyə prezident əlavə edib.
.