Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstana planlaşdırılan səfərini təxirə salıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə prezidenti dünən İstanbulda baş verən partlayışla əlaqədar Qazaxıstana səfərini təxirə salıb.

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.

.