
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2-3 noyabr tarixlərində Qazaxıstanda səfərdə olacaq.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə dövlət başçısı Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçiriləcək X Zirvə Toplantısında iştirak edəcək.
Qeyd olunub ki, toplantı zamanı liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, cari, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Noyabrın 3-ü Ərdoğanın təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi də gözlənilir.
.