"Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.
R. T. Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiklərini bildirib: "ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq”.
Ərdogan Putindən PYD-nin Moskva ofisinin bağlanmasını istəyib
”Bu gün Rusiya prezidenti Vladimir Putinlə Suriya münaqişəsi və terrorla mübarizə ilə bağlı dəyərləndirmələrimizi bölüşdük. Axan qanın durması, Suriyada sabitliyin bərpası üçün hər birimizin üzərinə böyük vəzifələr düşür”.
Bu sözləri də Ərdoğan . O bildirib ki, terrorla mübarizədə birgə hərəkət etmək böyük əhəmiyyət daşıyır: "Müvafiq qurumlarımız bu barədə təkliflərini verəcəklər. Suriyada İŞİD-ə qarşı nümayiş etdirdiyimiz mövqeni digər terror təşkilatlarına qarşı da nümayiş etdirməliyik. Bu baxımdan PKK-nın Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətlərinə son verilməsini xüsusi qeyd edirik”.
.
