Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan martın 9-10-da işğüzar səfərlə Rusiyaya gedəcək.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfirliyi məlumat verib. Səfər zamanı Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş olacaq.
